Hədəf proqramı

Əgər özünə hədəflər qoyub, onlara nail olmaq istəyirsənsə, amma haradan başlayacağınızı və ya onlara necə nail olacağını bilmirsənsə, bu proqram yoluna işıq sala bilər!

Proqramda nələr var?

Günlük məşqlər

Emosional dözümlülüyünüzü və fərqindəliyinizi inkişaf etdirməyə kömək etmək üçün hər gün ətraflı izahatlar və əyləncəli məşqlər.

Səsli meditasiya

Proqram boyunca sizi müşayiət edəcək, axışda saxlayacaq və təcrübələrinizi mənimsəməyə kömək edəcək yönləndirməli səsli meditasiya faylı.

Çalışma gündəliyi

Öz üzərində işləyərkən diqqətinizi fokuslamağa, detallara hakim olmağa və təcrübələrinizi daha dərin mənimsəməyə kömək etmək üçün gündəlik.

  • Həyatınızla nə edəcəyinizi, həqiqətən nə istədiyinizi, hansı həyatın sizi qane edəcəyini bilməmək…
  • Xəyallarınızı gerçəkləşdirmək üçün hardan başlayacağınızı, nə edəcəyinizi, necə davam edəcəyinizi bilməmək…
  • Ayağa qalxıb hərəkətə keçmək üçün motivasiya tapmamaq, cəhd etmək və davamlı olaraq başlanğıca qayıtmaq…
  • Həyatınızı idarə edə bilmədiyinizi, sürükləndiyinizi hiss etmək…

Bunlardan daha çoxu varmı?

Niyə böyük şövqlə qarşımıza qoyduğumuz məqsədlərdən qısa bir müddətdən sonra vaz keçirik? Bu məqsədlərə tam olaraq nə baş verir? Bizi arzularımıza bağlayan o görünməz kəndir tam olaraq haradan qopur? Çünki indiyə qədər prosesi doğru şəkildə aparmamışıq.

Bu dəfə sizinlə fərqli bir şey edəcəyik; biz bunu doğru formada etməyi öyrənəcəyik!

Doğru hədəfi necə təyin edəcəyimizi, yol xəritəsini necə çəkəcəyimizi, plana necə sadiq qalacağımızı, necə vərdişlər formalaşdıracağımızı, içimizdəki müqavimət və məhdudlaşdırıcı inanclarla necə mübarizə aparacağımızı, motivasiyanı necə artıracağımızı və daha çox şeyləri birlikdə yaşayıb öyrənəcəyik. Arzularımız bizə gəlməyəcək, biz onlara gedəcəyik! Bu yolda biz təkcə məqsədlərimizə gedən yolu deyil, həm də öz potensialımızı və gücümüzü kəşf edəcəyik.

Qarşıda bizi macəralarla dolu gözəl bir səyahət gözləyir! Hazırsınızsa, başlayaq.

Proqramın planı

Proqramın ana planına göz atmaq üçün modulların üzərinə kliklə.

1. Modul: Yol xəritəsi

Bu modulda hədəfinə doğru yolçuluğun üçün lazım olan hər şey var! İdeal həyatın haqqında dəqiq təsvirin formalaşacaq, hədəfləri düzgün təyin etməyi öyrənəcək, hədəflərin üçün yol xəritəsi və fəaliyyət planı tərtib edəcək, vərdişlər yaratmağı öyrənəcəksən.

2. Modul: Əngəlləri aş

Bu modulda yolçuluq boyu qarşılaşa biləcəyin əngəllər və həll yolları var. Dəyişikliyə qarşı daxili müqavimət və limitləyici inanclarınla qarşılaşacaq və onlarla necə davranacağınızı öyrənəcəksən. (Bu modulda NLP texnikalarından istifadə olunur.)

3. Modul: Motivasiyanı qoru

Bu modulda motivasiyanı və uğura inamını yüksək saxlayacaq məşqlərlə tanış olacaqsan. Hədəfləri beyində vizuallaşdırma və xəyal lövhəsi kimi bir çox effektiv məşq və məsləhətlər öyrənəcəksən.

Bu proqram ilə...

Hədəfə doğru gedən yol xəritəsinə sahib olmaq

Xəyallarını hədəfə, hədəflərini reallığa çevirmək üçün lazım olan bütün alətləri öyrənəcəksən.

Hər günə həyəcan dolu oyanmaq

Həyatdan nə istədiyini bilən, hər səhər doğru yolda irəliləmənin verdiyi həyəcanla oyanan biri olmaq.

Qorxu və limitləyici inanclara qalib gəlmək

Xəyallarını yaşamaqdan uzaq tutan bütün qorxu və inanclarına necəqalib gələcəyini biləcəksən.

Ertələmə xəstəliyindən yaxanı qurtarmaq

Aydın hədəflər və planın olması beyin qarışıqlığını azaldır, bu da ertləməni ciddi şəkildə azaldır.

Öz həyatının kapitanı olmaq hissi

Həyatın axıntısına qapılıb ora-bura sürüklənən yox, sükanı möhkəm tutan biri kimi hiss edəcəksən.

Taraz və nizamlı bir həyat quruluşu

Həyatının önəmli olan bütün sferalarında irəliləmə göstərəcəksən.

Sadəcə bilgi deyil, praktiki tətbiq planı.

Araşdırmalara görə 92% yeni il qərarları, hədəfləri uğursuzluğa düçar olur. Bunun səbəbi budur ki, bu qərarlar insanlar özünü yaxşı hiss etdiyi anlarda verilir, lakin onları həyata keçirəcək sistemə sahib deyillər.

  • Günlük məşqlər
  • Çalışma kitabçası
  • Səsli meditasiya faylı

    Qiyməti: 19 azn

    Fill the form

    Drop us a line

    Fill in this form or send us an e-mail with your inquiry.

    Or come visit us at:

    301 Howard St. #600
    San Francisco, CA 94105